Dünya 18:16 27.03.2024

Polşa beşinci hərbçisinin ölümündən sonra bütün təlimləri dayandırdı

Polşa Müdafiə Nazirliyi partlayıcı maddələr və hərbi texnikadan istifadə edilən bütün hərbi təlimlərin dayandırılması barədə göstəriş verib. Qərar martın əvvəlindən bəri beşinci hərbçinin ölümündən sonra qəbul edilib.

Bu barədə Qaynarinfo Polşa Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamışın əmri ilə silahlı qüvvələr əsgərlərin təlimi zamanı təhlükəsizlik şəraitinə yenidən baxacaq. Məhdudiyyət xarici missiya və dövlət sərhədlərindən kənarda həyata keçirilən əməliyyatlara, eləcə də Ukrayna əsgərlərinin təliminə şamil edilmir.

Martın əvvəlində Polşada zirehli qüvvələrin təlim mərkəzinin poliqonunda iki əsgər piyada döyüş maşınının vurulması nəticəsində həlak olub. Martın 25-də Slensk voyevodalığında təlim poliqonunda trotilin partlaması nəticəsində iki istehkamçı həlak olub. Martın 26-da xüsusi təyinatlı əsgər Tatrada dağ təlimi zamanı həlak olub.

Nizami Bağırov