Dünya 10:08 16.10.2023

Polşa seçkiləri: müxalifətdə olan Tusk seçkilərdə qələbə qazandığını bəyan etdi

Polşa müxalifətinin lideri və "Vətəndaş koalisiyası” blokunun rəhbəri Donald Tusk seçkilərdə qələbə qazandığını və yeni demokratik hökumət qurmağa hazır olduğunu bəyan edib.

Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.

"Uzun illər siyasətçi olmuşam. İdmançıyam. İkinci yeri tutduğuma görə həyatımda heç vaxt bu qədər xoşbəxt olmamışam. Polşa qalib gəldi. Demokratiya qalib gəldi. Biz onları (hökümətdə olan "Hüquq və ədalət” partiyasını - red.) hökümətdən uzaqlaşdırdıq”, - Tuks bildirib. 

O, həmçinin vurğulayıb ki, blokunun nəticəsi daha da yaxşı ola bilər, lakin bu gün əminliklə deyə bilərki ki, "Hüquq və ədalət”in rəhbərliyinin sonu gəlib çatıb.
"Exit-poll”un nəticələrinə görə, Polşa seçkilərində səslər aşağıdakı kimi bölüşdürüləcək:

"Hüquq və ədalət” – 36,8%

"Vətəndaş koalisiyası” – 31,6%

"Üçüncü yol" – 13%

Solçular - 8,6%

"Konfederasiya" - 6.2%

Nizami Bağırov