Xəbər lenti

Dünya 16:45 19.04.2024

Polşada Navalnının silahdaşına hücumda şübhəli bilinən iki nəfər saxlanıldı

Vilnüsdə rusiyalı müxalifət lideri Aleksey Navalnının keçmiş qərargah rəisi Leonid Volkova hücumda şübhəli bilinən iki nəfər Polşada saxlanılıb.

Qaynarinfo bu barədə LRT-yə istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda bildirib.

"Polşaya gördükləri əla işə görə təşəkkür edirəm. Mən bunu Polşa prezidenti ilə müzakirə etdim və onlara gözəl əməkdaşlığa görə təşəkkür elədim”, - Volkov bildirib.

Onun sözlərinə görə, proses başa çatdıqdan sonra şübhəlilər qısa müddət ərzində Litvaya göndəriləcək. O, saxlanılanların kimliyini açıqlamayıb və  başqa təfərrüatların bilmədiyini qeyd edib. 

"Ancaq deyə bilərəm ki, mən Litva polisinin son bir ayda bu işin üzərində necə enerjili və əzmlə işlədiyini gördüm və bu işin səmərəli olmasına çox şadam”, - Volkov "Telegram"da yazıb. 

"Delfi” xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşı Leonid Volkova hücumun iştirakçıları Polşa vətəndaşları olub. Hər iki şübhəli aprelin 3-də Varşavada saxlanılıb.

Vilnüs Rayon Prokurorluğunun baş prokuroru Yustas Lautsius bildirib ki, istintaqın hazırkı mərhələsində "müxalifətçinin başqa səbəblərdən deyil, məhz siyasi fəaliyyətinə və siyasi baxışlarına görə zərər çəkdiyini əsaslandıran sübutlar var”.

Xatırladaq ki, martın 12-də Vilnüsdə naməlum şəxslər Aleksey Navalnının ən yaxın adamı, təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş direktoru Leonid Volkova hücum ediblər. Hücum edənlər onun avtomobilinin şüşəsini sındırıb və gözlərinə gözyaşardıcı qaz vurublar, bundan sonra isə onu çəkiclə döyüblər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->