Xəbər lenti

Dünya 19:33 23.08.2023

Portuqaliya prezidenti: "Rusiyadan dərhal qoşunlarını Krımdan çıxarmağı tələb edirik"

Portuqaliya prezidenti Marselə Rebelo de Souza Ukraynanı dəstəklədiyini bildirib və Krımın Rusiya tərəfindən qanunsuz işğalını pisləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Portuqaliya prezidenti Krım Platformasının üçüncü sammitində çıxışı zamanı bildirib.

"Portuqaliya Krımın qanunsuz işğalını tanımır. Bu, Ukraynaya hücum etmək üçün istifadə olunurdu. Biz Rusiyadan öz silahlı qüvvələrini Krım ərazisindən dərhal çıxarmağı tələb edirik”, deyə prezident vurğulayıb.

Bundan əlavə, Portuqaliya prezidenti bəyan edib ki, Krımın işğalı məsələsini genişmiqyaslı işğaldan ayırmaq mümkün deyil və buna hər hansı cəhd Ukraynaya dəstək verilməməsinin təzahürüdür.

O, həmçinin əlavə edib ki, Portuqaliya beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiq qalır:

"Rusiyanın qanunsuz hərəkətlərinə qarşı mübarizə aparan Ukrayna ilə həmrəyliyimizi bildiririk, çünki bu, beynəlxalq hüququn pozulmasıdır”.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->