İdman 16:33 15.12.2022

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Qaynarinfo-nun məlumatına görə, sonuncu oyununda "Neftçi" "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qolu 73-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub. Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran paytaxt təmsilçisi üçüncü pillədə qərarlaşıb. Tovuz klubu 16 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" "Qəbələ"yə 1:0, "Sumqayıt" "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib, "Sabah" isə Gəncədə "Kəpəz"lə məhsuldar sülhə razılaşıb - 2:2.