İdman 15:41 05.12.2023

Premyer Liqa rəhbərliyi rekord qiymətə yayım müqaviləsinə imza atdı

İngiltərə Premyer Liqası 2025-2026 mövsümündən başlayaraq dörd il müddətinə davam edəcək yeni yerli televiziya yayımı hüququ müqaviləsi imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, bu müqavilənin ümumi dəyəri 6,7 milyard funt-sterlinqdir. Liqa rəhbərliyinin verdiyi açıqlamaya görə, "Sky" və "TNT" televiziya kanalları bu müqaviləyə əsasən hər mövsüm ən az 270 canlı matç yayımlayacaq. Həmçinin, "BBC Sport"un matçların mühüm məqamlarını təqdim etməyə davam edəcəyi bildirilib.

Bu üç kanalla bütün müqavilələr 2025/26 futbol mövsümündən qüvvədə olacaq və dörd il müddətinə davam edəcək. Bu müqavilə Böyük Britaniya tarixində idman mediası sahəsində imzalanmış ən böyük yayım hüquqları müqaviləsi kimi qeydə alınıb.

Premyer Liqa daha əvvəl 2022-2023 mövsümləri üçün üç illik yayım hüququ müqaviləsi imzalamışdı və bu müqavilənin dəyəri 5,1 milyard funt-sterlinq olaraq açıqlanmışdı.

Səbuhi Həsənov