İdman 15:57 13.12.2022

Premyer Liqa: "Zirə" Şamaxıda xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk oyununda "Şamaxı" "Zirə"ni qəbul edib.

Şamaxı şəhər stadionundakı qarşılaşma qolsuz bərabərliklə bitib.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran paytaxt klubu dördüncü pillədə qərarlaşıb. Bölgə təmsilçisi 13 xalla yeddinci sıradadır.

Beləliklə, "Şamaxı"nın məğlubiyyətsiz oyunlar seriyası beşə çatıb.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. XVII turun "Kəpəz" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları dekabrın 14-də, "Turan Tovuz" - "Neftçi" matçı isə dekabrın 15-də gerçəkləşəcək.