Dünya 21:38 19.10.2023

Prezident: "1989-cu ilə qədər Polşada seçkiyə sadəcə donuzlar gedirdi"

Polşa prezidenti Anjey Duda deyib ki, Polşa Xalq Respublikası (PR) dövründə "ölkədə seçkilərə ancaq donuzlar gedirdi”.

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Dudanın sözlərinə görə, ölkədə keçirilən son seçkilər göstərib ki, Polşada artıq demokratiya kök salıb, ölkə 1989-cu ildən sonra "çox yetkinləşib".

"Biz hamımız yaxşı xatırlayırıq ki, 1989-cu ilə qədər seçkiyə yalnız donuzlar gedirdi", deyə prezident qeyd edib.

Onun sözlərinə görə, PPR zamanı baş verənlərin absurdluğunu dərk edən vətəndaşlar seçkiyə getməyib, bütün növ seçkilərdə seçici fəallığı saxtakarlıq yolu ilə şişirilib, reallıqda isə məntəqələr boş olub.

Prezident bildirib ki, son seçkilər zamanı seçicilər səs vermək üçün növbəyə düzülüblər və bir sıra hallarda seçki məntəqələrinin iş saatları uzadılmalı olub, yəni seçici fəallığı çox olub.

Aydın