Siyasət 11:03 28.05.2023

Prezident açıqladı: İlk 20 ailə dünəndən Laçında məskunlaşıb

"İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək”.

Qaynarinfo xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

Onun sözlərinə görə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.