Siyasət 17:48 02.12.2022

Prezident İlham Əliyev Oğuz rayonuna səfər etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident Oğuzda Daşağıl çayı üzərində "Oğuz-1”, "Oğuz-2”, "Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib.

Prezident həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışa qatılıb.
 
İlham Əliyev "Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə, həmçinin "Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub.
 
Dövlət başçısı "Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.