Xəbər lenti

Dünya 14:50 27.08.2023

Priqojinin ölümü rəsmən təsdiqləndi

Rusiya İstintaq Komitəsi Tver vilayətində baş verən təyyarə qəzasından sonra molekulyar-genetik müayinələri başa çatdırıb. 

Qaynarinfo xəbər verir ki, İstintaq Komitəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib. Yevgeni Priqojin də ölənlər arasındadır.

"Tver vilayətində baş vermiş təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik ekspertizalar başa çatıb. Onların nəticələrinə əsasən, ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, adlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur", deyə deyə məlumatda bildirilir. 

Daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi məlumat vermişdi ki, sərnişinlərin siyahısına əsasən, təyyarədə Yevgeni Priqojin və Dmitri Utkin ölüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->