Ölkə 13:18 17.10.2023

Prorektor işdən çıxdı, Elçin Babayev yeni vəzifə verdi (FOTO)

Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərov vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun məlumatına görə, LDU-da Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor əvəzi vəzifəsinə Zaur Məmmədov təyin edilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə yeni tədris ilindən İdrak Əsgərovu rəhbərlik etdiyi qurumda Keyfiyyət Təminatı Mərkəzinin direktoru təyin edib.

Əhməd