Video 23:55 02.04.2024

Pulu ödə, özün sür - Azərbaycanda “karşerinq” xidmətinin tətbiqi realdır? (VİDEO)

Bir çox Avropa ölkələrində fəaliyyət göstərən "karşerinq” xidmətinin ölkəmizdə tətbiq olunması gözlənilir. Hətta bunun üçün taksi şirkətlərindən birinin ölkəyə xeyli sayda avtomobil gətirdiyi iddia olunur.

Görüntülər sosial şəbəkələrdə yayılıb.


Bəs "karşerinq” xidməti nədir?

"Karşerinq” xidməti vasitəsilə vətəndaş müəyyən tətbiqdən istifadə edərək avtomobili icarəyə götürür. Daha sonra avtomobilə yaxınlaşaraq QR kodu oxudur və ona maşının açarları təqdim olunur.

Beləliklə, vətəndaş A nöqtəsindən B nöqtəsinə getmək üçün bu avtomobildən istifadə edir, təyinat yerinə çatdıqdan sonra isə tətbiq vasitəsilə getdiyi yolun məsafəsini qeyd edir, tələb olunan məbləği ödəyir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov yerli şirkətlərin bu sistemi qura biləcəyinə inanmadığını bildirib: "Məncə, Azəbaycanda "karşerinq” xidmətini xarici şirkətlərdən biri quracaq. Amma bu sistemin tətbiqi üçün qanunvericilikdə dəyişiklik etməyə ehtiyac var. Çünki bizim ölkədə etibarnaməsiz nəqliyyat vasitəsini idarə etmək qadağandır. Belə olan halda etibarnamələr ləğv edilməlidir. Amma buna da inanmıram, çətin ki, etibarnamələr ləğv edilsin”.

Daha ətraflı Baku TV-nin süjetində: