Dünya 17:15 15.03.2023

Putin gəlir bəyannaməsi verəcək, lakin bunu hamı görməyəcək - Peskov

Dmitri Peskov Vladimir Putin və digər məmurların gəlir bəyannamələrinin dərcinin onunların istəyinə bağlı olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS yazıb.

"Bir daha təkrar edirəm, biz ilk növbədə ondan çıxış edirik ki, bu lazım deyil. Əsas odur ki, bəyannamə təqdim edək, dərc isə ikinci dərəcəlidir", - Peskov deyib.
Eyni zamanda, mətbuat katibi əmin edir ki, Putin və Kreml rəsmiləri aprelin 1-dək gəlir bəyannaməsi təqdim edəcəklər.

Xatırladaq ki, 2022-ci il dekabrın sonunda Putin deputatlara və senatorlara Ukraynaya qarşı müharibə zamanı əldə etdikləri gəlirlər haqqında məlumatı ictimaiyyətə açıqlamamağa icazə verən fərman imzalayıb. Fərman martın 1-dən qüvvəyə minib.

Alpər