Dünya 16:16 30.10.2023

Putin Mahaçqalada antisemit hadisələri ilə bağlı geniş tərkibli iclas keçirəcək

Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında yəhudilərin axtarışı ilə bağlı qırğınlar səbəbilə, 30 oktyabr bazar ertəsi əhlükəsizlik rəsmiləri, baş nazir və parlamentarilərin iştirakı ilə geniş toplantı keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İnterfaks Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb https://www.interfax.ru/russia/928248 
"Putin bu gün təxminən saat 19.00-da (Bakı vaxtı ilə 20.00 – red.) geniş tərkibli iclas keçirməyi və Qərbin Yaxın Şərqdəki hadisələri Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etməyi planlaşdırır. Ətraflı söhbət olacaq", - Peskov bildirib. 

Peskovun qeyd etdiyi kimi, tədbir canlı olacaq. Onun sözlərinə görə, Putin çıxış edəcək, daha sonra gözlənildiyi kimi görüş bağlı qapılar arxasında keçiriləcək.
Peskov Kremlin Mahaçqaladakı iğtişaşların iştirakçılarına qarşı tətbiq edə biləcəyi cəza tədbirlərini şərh etməyib, onlara iclası gözləməyi təklif edib.

Nizami Bağırov