Dünya 18:08 19.07.2022

Putin Rəisi ilə görüşdü (YENİLƏNİB)

Rusiya Prezidenti Vladimir Putinlə İran dövlət başçısı İbrahim Rəisi arasında görüş başlayıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, görüş Prezident Administrasiyasının binasında baş tutur.
 
17.14

Rusiya Prezidenti Vladimir Putin İranda səfərdədir.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, dövlət başçısı Suriya üzrə Astana prosesinin qarant ölkələrinin sammitində iştirak edəcək.

Eyni zamanda onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti İbrahim Rəisi, həmçinin İranın ali rəhbəri Əli Xamenei ilə görüşəcəyi gözlənilir.