Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədəki uğursuzluqlarda günahlandıra biləcəyi "günah keçisi” axtarır.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun xülasəsində deyilir. Analitiklərin fikrincə, Putin Vaqnerin yüksək itkiləri, pis əhval-ruhiyyə və hərbi cinayətlər barədə xəbərlərdən rusları ordudakı ən pis problemlərdən yayındırmaq üçün istifadə
edir.
"Rusiyanın Baxmut uğrunda döyüşlərdəki xəbərlərinin əksəriyyəti əsasən vaqnerçilərin ağır itkilərinə yönəlib ki, bu da Rusiya Müdafiə Nazirliyinə Rusiya qüvvələrinin digər itkilərini gizlətməyə və ya azaltmağa imkan verir", - hesabatda qeyd olunur.
Analitiklərin fikrincə, 2023-cü il fevralın əvvəlində Uqledar yaxınlığında sarsıdıcı məğlubiyyətlərə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi Putinə sadiq qalır.
Ekspertlər əlavə edirlər ki, Wagner PMC-nin yaradıcısı Yevgeni Priqojinin bədbəxtliyi, çox güman ki, digər Kreml məmurlarını, o cümlədən Çeçenistanın rəhbəri Ramzan Kadırovu qorxudur, onlar bu bəd taledən yayınmaq üçün ambisiyalarını azaltmağa məcburdurlar.
ISW-nin izah etdiyi kimi, Priqojin döyüşçülərinə top yemi kimi rəftar etdiyinə görə pis reputasiya qazanıb və onun döyüş sursatı üçün ictimai yalvarışları, çətin ki, Vaqneri xidmətə yeni gələnlər üçün cəlbedici etsin.
"Priqojin Baxmutu öz kommersiya və siyasi məqsədlərinə çatmaq üçün Kreml və Rusiya Müdafiə Nazirliyi üzərində təsir rıçaqları əldə etmək fürsəti kimi görsə də, Putin öz rejimini səfərbərliyin zərərli təsirlərindən qorumaq üçün Vaqner-dən istifadə etdi, bu da ordunun Ukraynaya qarşı fəaliyyətini əhəmiyyətli dərəcədə ləngidir”, - deyə analitiklər yekunlaşdırıblar.
ABŞ-ın məlumatına görə, Ukraynadakı müharibə ili ərzində Vaqner yaralanan və ləğv edilən 30 mindən çox muzdlu əsgərini itirib.
Bu yaxınlarda yaraqlılar özləri onlarla muzdlu meyit fonunda böyük itkilər barədə videomüraciət yayaraq bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri hər gün onların yüzlərlə "həmkarını” məhv edir. Daha sonra Vaqnerin başçısı yaraqlılarının cəsədlərindən yaranmış "dağı” göstərib, lakin "sona qədər" mübarizə aparacağını vurğulayıb.
UNIAN-ın xəbər verir ki, Rusiya Federasiyasında Vaqner qəbiristanlığı inanılmaz sürətlə genişlənir.
Alpər
Şərhlər