Siyasət 17:39 03.10.2022

Putin sonunun başlanğıcına gəlib – Zərdüşt Əlizadə

"Baş verənlər əslində Putinin məğlubiyyətinin başlanğıcıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya Prezidentinin Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qərarından sonra Ukrayna cəbhəsində Kiyevin uğurlarını şərh edərkən deyib.

Politoloqun fikirincə, Ukraynanın cəbhədəki uğurları Qərbin maliyyə və hərbi dəstəyi sayəsindədir:

"Nə qədər Ukrayna ordusu qəhrəman, əsgər və zabitləri istedadlı, fədakar olsalar da, silah və dayağın olmasa müharibə aparmaq olmur. Ukraynaya silahları Qərb verir. İkincisi, Rusiyanın referendum qərarı sıfra bərabər bir qərardır. Bu qərar yalnız, cahil, dünyadan bixəbər rus əhalisi üçündür ki, guya Putin uğur qazandı, Rusiya Federasiyasının ərazilərini birləşdirdi və s. Putinin bu addımı Qərbi, ictimai rəyi nüvə müharibəsi ilə qorxutmaq məqsədi daşıyır. Kreml Qərbi məcbur etmək istəyir ki, Ukrayna siyası rəhbərliyinə təsir göstərib Rusiya ilə danışıqlara vadar etsinlər”.

Zərdüşt Əlizadə hesab edir ki,  indiki mərhələdə Rusiya ilə danışıqlar aparmaq Ukraynanın təslim aktına qol çəkməsi anlamına gələ bilərdi:"Qərb də Putinin bu tıklifini qəbul etmədi, əksinə qərar qəbul elədi ki, Ukraynya böyük məbləğdə maliyyə, hərbi texnika, silah ayrılsın. Münaqişə daha yüksək səviyyədə davam edir”. 

Bahar Rüstəmli