Xəbər lenti

Dünya 18:11 01.02.2024

Putin Türkiyəyə hansı mesajla gedir? (ŞƏRH)

"Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılması məsələsində İstanbul formatı cəlbediciliyini itirməyib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə gözlənilən səfərini şərh edərkən deyib: 

"Rusiya prezidenti fevralın 12-də Türkiyəyə səfər edəcək. Belə bir səfərin dekabrın 14-də olacağı gözlənilirdi. Lakin sonradan hər iki prezidentin iş qrafikilə əlaqədar olaraq, səfər ertələndi. İndi səfərin fevralın ortalarında reallaşacağı bildirilir. Bununla bağlı Rusiya prezidentinin köməkçisi Uşakovun da müvafiq açıqlaması olub. O, bu xəbəri təsdiqləyib. 
 


Görüş təbii ki, önəmli görüşdür. Türkiyə və Rusiya prezidentləri mütəmadi şəkildə əlaqədə olurlar. Səfər çərçivəsində əsas müzakirə mövzusu Ukrayna məsələsilə bağlı ola bilər. Tərəflər açıqlamalarında da bunu bir neçə dəfə qeyd ediblər. Mümkündür ki, Ukrayna ilə sülh danışıqlarının aparılması məsələsində İstanbul formatı üzərindən hansısa müzakirələrin keçirilməsi mümkün olsun. Görüşün başqa bir mövzusu Yaxın Şərqdə baş verən proseslər olacaq. Ankara ilə Moskva Suriya ilə bağlı Astana formatında da əməkdaşlıq edir. Bu istiqamətdə ayrı-ayrı detalların müzakirəsi də istisna deyil. Tərəflər həmçinin İsrail-Fələstin məsələsilə bağlı da müzakirələr aparacaq. Bilirsiniz ki, Türkiyə bu məsələdə açıq mövqe sərgiləyir”. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?