Vladimir Putin yeni səfərbərlik elan etməyə hazırlaşır, bu halda 500 minə qədər insan cəbhəyə göndərilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” Qərb kəşfiyyatı məlumatlarına istinadən məlumat
yayıb.
"The Times” məlumatların hansı xidmətə aid olduğu göstərmir.
Nəşrin məlumatına görə, qərar bir neçə həftə ərzində veriləcək və aprelə qədər yarım milyona qədər insan "yeni genişmiqyaslı hücuma başlamaq üçün” cəbhəyə göndəriləcək. Dəqiqləşdirilir ki, həmin vaxt pis hava ilə əlaqədar palçığın və qarışıqlığın daha az olacağı ehtimal edilir.
"Rusiyanın regional hərbi komissarlıqlarında ciddi hazırlıq gedir, Kreml qapalı sorğu keçirib. Rusiya vətəndaşları müharibədən narahatdırlar, lakin onlar məğlubiyyətə də dözmək istəmirlər”, deyə nəşr adının açıqlanmasını istəməyən məmurdan sitat gətirib.
Nizami Bağırov
Şərhlər