Ölkə 10:38 03.02.2023

Qadın mağazadan pulqabını belə oğurladı (VİDEO)

Ötən gün paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində geyim mağazasından oğurluq hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilir ki, mağazaya müştəri qismində gələn qadın masanın üzərində olan pulqabını götürərək ərazidən uzaqlaşıb.

Daha sonra həmin şəxs oğurladığı bank kartı ilə alış-veriş də edib. 

Həmin görüntüləri təqdim edirik: