İdman 12:54 09.02.2023

"Qalatasaray" Türkiyə tarixinin ən bahalı ikinci transferini rəsmiləşdirdi (SİYAHI)

"Qalatasaray" növbəti transferini reallaşdırıb.

Qaynarinfo "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu Nikolo Zaniolonı heyətinə qatıb. "Roma"dan alınan 23 yaşı yarımmüdafiəçi üçün qarşı tərəfə 15 milyon avro ödəniləcək. Bundan başqa İtaliya klubu futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

"Qalatasaray" Zaniolo ilə 4.5 illik müqavilə imzalayıb. İtaliyalı futbolçu bu mövsüm 900 min avro, digər mövsümlərdə 2.75 milyon avro maaş alacaq. Həmçinin "Qalatasaray"la "Roma" bu il yoldaşlıq oyunu keçirəcək və bütün gəlir zəlzələdən əziyyət çəkənlər üçün bağışlanacaq.

Nikolo Zaniolo Türkiyənin ən bahalı ikinci transferi olub. Hələlik Türkiyənin ən bahalı transferi Jardel hesab olunur. Braziliyalı futbolçu 2001-ci ildə "Porto"dan "Qalatasaray"a 17.05 milyon avroya transfer olunub. 

Qaynarinfo Türkiyə tarixinin ən bahalı transferlərini təqdim edir:

Türkiyə futbol tarixinin ın bahalı 10 transferini təqdim edirik:

1. Jardel - 17.05 milyon avro (2001 - "Porto"dan "Qalatasaray"a)
2. Nikolo Zaniolo - 15 milyon avro (2023 - "Roma"dan "Qalatasaray"a)
3. Dani Quiza - 14 milyon avro (2008 - "Malyorka"dan "Fənərbağça"ya)
4. Mbaye Diagne - 13 milyon avro (2019 - "Kasımpaşa"dan "Qalatasaray"a)
5. Emmanuel Emenike - 13 milyon avro (2013 - "Spartak Moskva"dan "Fənərbağça"ya)
6. Bruma - 13 milyon avro (2013 - "Sportinq"dən "Qalatasaray"a)
7. Yunes Belhanda - 10 milyon avro (2017 - "Dinamo Kiyev"dən "Qalatasaray"a)
8. Raul Meyreleş - 10 milyon avro (2012 - "Çelsi"dən "Fənərbağça"ya)
9. Mussa Sov - 10 milyon avro (2012 - "Lill"dən "Fənərbağça"ya)
10. Elvir Baliç - 9.5 milyon avro (1998 - "Bursaspor"dan "Fənərbağça"ya)
11. Emmanuel Emenike - 9 milyon avro (2011 - "Karabükspor"dan "Fənərbağça"ya)
12. Mamadu Nyanq - 9 milyon avro (2010 - "Marsel"dən "Fənərbağça"ya)
13. Mehmet Topuz - 9 milyon avro (2009 - "Kayserispor"dan "Fənərbağça"ya)
14. Nordin Amrabat - 8.6 milyon avro (2012 - "Kayserispor"dan "Qalatasaray"a)
 
Qeyd edək ki, Nikolo Zaniolo peşəkar karyerasına İtaliyanın "Virtus" klubunda başlayıb. 2017-ci ildə "İnter" onu 1.8 milyon avroya alıb. Futbolçu bir il sonra 6.75 milyon avroya "Roma"ya keçib. O, cari mövsümdə meydana çıxdığı 17 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt"ın 30 milyon avro qiymət qoyduğu "Qalatasaray"ın yeni transferi 2019-cu ildən sonra İtaliya millisində 11 oyun keçirib və 2 qol vurub.

Aydın