Xəbər lenti

Dünya 23:16 10.05.2022

Qara dənizdə delfinlərin ölümünün səbəbi bilindi – Alimlər açıqladı

Qara dənizdə son dövrlər artan delfin ölümlərinin səbəbi Ukrayna müharibəsi ola bilər. 

Qaynarinfo "The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə alimlər bildiriblər.

Son dövrlər Qara dənizin Türkiyə və Bolqarıstan sahillərində çox sayda ölmüş delfin cəsədləri tapılır. 
Araşdırmaçılar belə hesab edir ki, Qara Dənizin şimal hissəsində olan 20 Rusiya donanma gəmisi və hazırda baş verən hərbi əməliyyatlar nəticəsində yaranan səs çirklənməsi delfinləri cənuba doğru hərəkə eləməyə məcbur edə bilər. Burada onlar ya balıqçı toruna ilişib tutulur, ya da ölürlər. 

Müharibə başlanğıcından bu günədək Türkiyə sahilində ölü 80 delfin tapılıb. Türkiyə Dəniz Araşdırmaları fondu (TÜDAV) bunu olduqca böyük rəqəm adlandırıb. 

Fond bildirir ki, delfinlərin yarısı balıqçı toruna düşəndən sonra öldürülüb. Qalanının necə ölməsi isə bilinmir. 

"Akustik travma ağla gələn ilk ehtimallardandır”, - TÜDAV-dan Bayram Öztürk bildirib.

Gəmilər su altında olan minaları aşkarlamaq üçün suya səs dalğaları buraxırlar. Dəniz canlıları da suda kommunikasiya üçün səs dalğalarından istifadə edirlər. Ukrayna Milli Elmlər Akademiyasından doktor Pavel Qordon bildirir ki, səslər delfinləri bir başa öldürmür. Səslər delfinlərə zərər verir və onları başqa tanış olmayan ərazilərə köçməyə məcbur edir. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->