İdman 21:19 12.03.2022

"Qarabağ" səfərdə paytaxt klubunu məğlub etdi

Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.
 
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə növbəti qarşılaşama keçirilib. "Qarabağ" səfərdə "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da baş tutan görüşdə Qurban Qurbanovun komandası minimalhesablı qələbəyə sevinib. Görüşün yeganə qolunu 30-cu dəqiqədə Abdullah Zubir vurub. 
 
Bu qələbədən sonra xallarının sayını 43-ə çatdıran Ağdam təmsilçisi turnir cədvəlindəki liderliyini bir qədər də möhkəmləndirib.
 
Tura sabah iki oyunla yekun vurulacaq. "Zirə" səfərdə "Qəbələ"nin qonağı olacaqsa, "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edəcək.
 
Səbuhi Həsənov