İdman 18:32 20.11.2022

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açdı

"Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı Azərbaycan millisində ilk qollarını vurublar.

"Report"un məlumatına görə, hər iki oyunçu səfərdə Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matında fərqlənib.

22 yaşlı müdafiəçi buna yığmadakı 8-ci, 20 yaşlı hücumçu isə 5-ci görüşündə nail olub. Cəfərquliyev 28-ci, Qurbanlı isə 65-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan qarşılaşmada hesab Azərbaycan millisinin xeyrinədir - 2:1.