Ölkə 20:04 28.02.2024

Qarabağ Universitetinə ilk vakansiya elan edildi

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.  

Qaynarinfo xəbər verir ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 
 
Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.