Video 23:30 22.03.2023

Qarabağda qanunsuz erməni dəstələrinin döyüş mövqeyində güclü yanğın baş verdi (VİDEO)

Martın 22-də axşam saatlarında Azərbaycanın Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərinin birində güclü yanğın baş verib.

Qaynarinfo bu barədə "Caliber.az”a istinadən xəbər verir.

İlkin məlumata görə, yanğın nəticəsində yaralanan ermənilər var. Postdakı sığınacaq, sursat və digər hərbi texnikalar tamamilə yanıb.