Dünya 14:18 01.02.2024

Qaribaşivili hakim partiyasının sədri, Kobaxidze baş nazir postuna namizəd oldu

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşivili rəsmi olaraq hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının sədri olub.

Qaynarinfo "Sputnik Gerogia”ya istinadən xəbər verir ki, fevralın 1-də partiyanın növbədənkənar 8-ci qurultayı yekdilliklə bu barədə qərar qəbul edib.

Qeyd edək ki, İrakli Qaribaşivili bu il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verib.
 
Gürcü arzusu - Demokratik Gürcüstan Partiyası baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini təsdiqləyib. Qərar partiyanın siyasi şurası tərəfindən qəbul edilib.

Partiyanın yeni sədri İrakli Qaribaşvili qurultayda çıxışı zamanı Baş nazir postuna namizədinin İrakli Kobaxidze olduğunu bildirib və ona uğurlar arzulayıb. Qurultayda simvolik səsvermə də keçirilib.