Siyasət 11:22 08.04.2023

Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri aprelin 8-də başa çatıb.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir İrakli Qaribaşvilini rəsmi şəxslər yola salıblar.