Ölkə 18:08 10.05.2022

Qazaxın işğaldakı 7 kəndi haqqında nə bilirik? (VİDEO)

Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktı ilə ermənilərin Qarabağdan kənarda işğal etdiyi Qazax rayonunun inzibati sərhədləri çərçivəsinə aid olan 7 kəndinin əzəli-əbədi sahiblərinə qaytarılması məsələsi də gündəmə gəldi. 

Hazırda əhalisi əkinçilik və maldarlıqla məşğul olan işğal altındakı 7 kəndin 7 mindən çox sakini Qazax rayonu ərazisinin müxtəlif yerlərində məskunlaşıb və məcburi köçkün həyatı yaşayırlar. Onlar öz doğma kəndlərinə qayıdacaqları günün həsrətilə sülh müqaviləsinin imzalanması prosesinin başa çatmasını gözləyirlər. 

Ətraflı videomaterialda: