Xəbər lenti

Video 11:12 04.04.2024

Qazaxıstan bu qətldən danışır - Eks-nazirin xanımını döydüyü kadrlar

Xəbər verdiyimiz kimi, ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayevin dünən məhkəməsi keçirilib.

"Qafqazinfo”nun Qazaxıstan mediasına istinadən məlumatına görə, məhkəmə prosesi zamanı Nukenovanın dünyasını dəyişdiyi gecə cütlük arasında yaranan mübahisənin görüntüləri nümayiş etdirilib.

Görüntülər restoranın videomüşahidə kameraları vasitəsilə əldə edilib.

Bildirilib ki, 31 yaşlı qadının ölümündən bir qədər əvvəl ikili küçədə olub və görüntülərdən onlar arasında mübahisə yaşanması aydın olub.

Eks-nazirlə xanımı arasında mübahisə daha sonra restoranın daxilində davam edib. Kadrlarda qadının ərindən aralı dayanmaq istəməsi, sonuncunun isə ona zərbələr endirərək saçından tutub sürüməsi əks edilib.

Qeyd edək ki, istintaq zamanı keçmiş nazirin qısqanclıq zəminində mütəmadi olaraq arvadını döyməsi müəyyənləşib. Bildirilir ki, qətldən 6 ay əvvəl Nukenova qardaşına döyülmə izləri olan şəklini göndərib, lakin cütlük tezliklə  barışıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?