Xəbər lenti

Dünya 20:10 19.04.2024

Qazaxıstanda veyp rəsmən qadağan edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tüstüsüz tütün məmulatlarının, veyplərin, aromatizatorların və onlar üçün mayelərin satışı və yayılmasını, habelə onların reklamını qadağan edən qanun imzalayıb.

Bu barədə Report Akordanın mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, "Səhiyyə məsələləri ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun Tokayevin gənclər arasında nikotin tərkibli maddələrin yayılmasının qarşısının alınması və bununla bağlı sistemli tədbirlərin görülməsi barədə verdiyi tapşırıqların icrasına yönəlib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->