Xəbər lenti

Dünya 16:54 01.03.2024

Qazaxıstanlılar vahid saat qurşağına keçdikdən sonra bir gün "qocaldı"

Qazaxıstanda "eGov" dövlət xidmətləri portalında nasazlıq baş verib. 

Qaynarinfo nur.kz saytına istinadən xəbər verir ki, ölkə vahid UTC+5 saat qurşağına keçdikdən sonra qazaxıstanlılar bir gün "qocalıb" və onların rəqəmsal sənədlərində doğum tarixi lazım olduğundan bir gün tez göstərilməyə başlayıb.

Milli İnformasiya Texnologiyaları şirkəti əmin edib ki, hazırda problemin həlli ilə mütəxəssislər məşğul olur.

"Problemin səbəbləri müəyyənləşən kimi məlumat veriləcək və aradan qaldırılacaq", deyə şirkət nümayəndəsi bildirib.

Qeyd edilir ki, problem sadəcə "Sənədləri yenilə" düyməsini sıxmaqla aradan qaldırıla bilər.

Martın 1-dən Qazaxıstan UTC+5 vahid saat qurşağına keçib. Dəyişiklikləri hazırlayan işçi qrup belə qənaətə gəlib ki, respublikanın əksər rayonları vahid saat qurşağı ilə "təbiətə ən yaxın” vaxtdan istifadə edəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?