İdman 17:52 06.02.2023

"Qəbələ" belçikalı futbolçu transfer etdi

"Qəbələ” heyətinə yeni futbolçu qatıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qırmızı-qaralar” qış transfer pəncərəsində ilk oyunçu keçidini rəsmiləşdirib. Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 1,5 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçunun son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi "Virton” olub. O, karyerası ərzində "Lyers” (2014-2018), "Svope Park Reyncers” (2019-2020) və "Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.
 
Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.
 

 
Səbuhi Həsənov