İdman 16:57 01.02.2023

"Qəbələ" doğma azarkeşlər önündə məğlub oldu

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində daha bir oyun keçirilib. 
 
Qaynarinfo-nun məlumatına görə, "Sabah" səfərdə "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Murad Hüseynovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın qollarını Davit Volkov (60), Con İrasabal (70) və Coy Lens Mikels (89) rəqib qapısından keçirib. 
 
"Qəbələ"nin futbolçusu Ruan Renato isə 28-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. 
 
20-ci tura bu gün keçiriləcək "Neftçi" - "Zirə" matçı ilə yekun vurulacaq. Görüş saat 17.30-da "Bakcell Arena"da baş tutacaq.

Səbuhi Həsənov