"Qəbələ” Məqsəd İsayevlə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2021-ci ilin yayından "qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun başa çatan müqavilə müddəti uzadılmayıb.
O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi komandamızın heyətində Azərbaycan kubokunun qalibi adını qazanıb.
Səbuhi Həsənov
Şərhlər