Orxan Saffari
phrase_var_qaynar. 16:24 07.04.2022

"Qər(i)bləşən passifistlər"

Orxan Saffari

Diqqət diqqət! 

Nəzərinizə çatdırırıq ki, xüsusi ilə son dövrlər paytaxt küçələrdə, məhlədə zadda, sosial şəbəkələrdə, bir sözlə, görüb görə biləcəyimiz bir sıra yerlərdə hər fürsətdəcə öz millətini aşağılayan, bəyənməyən, guya ki, özündən aşağı görüb "Azik" deyən parnik məhsulu adamlar peyda olub. Onları görənlərdən xahiş olunur ki, xətirlərinə çox da dəyməsinlər. Çünki onlar bir xəstədi, mənəvi zəlildi. Başlarını buraxın getsin. 


Təxminən, 2014-cü ildən filan belə bir "pub tendensiyası" yaranmışdı. Bir qrup yiyəsiz, vətənsiz adamlar yığışıb qara pivədən içib ölkədən çıxmaq istəyirdilər. Heç nə. Çıxmadılar. Hələ də Biləcəri, Xırdalan tərəfdə qalırlar. 20  Yanvarda manatlıq taksilərdə görüşürük tez-tez. Həmin bu Qər(i)bləşən passifistlər mentalitetdən bezib, adət-ənənədən imtina edib, başlayırdılar özlərini aşağılamağa. Aşağı-yuxarı özünüz bilirsiniz onları tipini, kimliyini. 

Gəlin, özüm də etiraf edim ki, bizlərin, yəni, azərbaycanlıların bir sıra mənasız, məzmunsuz, lazımsız adət-ənənəsi, mental dəyərləri var. Hansı ki, görəndə, eşidəndə iyrənirəm. Amma sizcə, bu, nə qədər əsas verir ki, insan nə qədər əzik, kompleksli olmalıdır ki, bu kimi şeylərə görə millətini söysün? Belə deyəndə, danışanda adama milliyyətçi damğası vururlar( elə bil, milliyyətçi olmaq cahillik zaddı). Guya bunların təbirincə müasir insan, müasir zəmanədə vətəni sevməməli, dünya vətəndaşı olmalıdır. 

Əgər ki, Cəlillik etsələr, heç o qədər yanmaram da. Bunların ki, nə təndiqdir, nə də maarifçilik. Bunların ki, sadəcə və sadəcə tüşüklük, sürtüklükdür. Bəli, onlar üçün qeyri-azərbaycanlılar daha mədənidir, onların etdiyi hər şey daha elitdir, bizimkilərin üzüyünün qaşı düşüb. Azərbaycanlıların daşı düşməsin başınıza. Düşər, birdən onu da bəyənmərsiniz. 

Lap ola bilər, bəyənməyə, sevməyə də bilərsən. Özünü xoşbəxt hiss etdiyin yer ola bilər vətənin. Dirənən yeri sevmədiyin, bəyənmədiyin bir şeyə hörmət etməyə də məcbur deyilsən, amma bu, xırda bir məsələ deyil ki, ağzına nə gəldi danışıb, horrasını tökəsən. 

Bəli, olsun tərəqqi, olsun inkişaf, dəyişək, inkişaf edək, amma kimliyini, mənliyini, qanını, zatını unutmasın insan gərək. Onsuz da, özündən qaça bilmərsən. Gedib-gəlib, dəyib-dolaşıb içindən o bəyənmədiyin minnoş azərbaycanlını çıxardacaqsan. İstəyirsən Yuqaslaviyada yaşa, Laplandiyalıya ərə get, qız al, istəyirsənsə də, Bayılda, 20-ci sahədə yaşa. Azərbaycanlısan ki, azərbaycanlı. Unutma, "azik", coğrafiya insanın taleyirdir.