İdman 17:45 24.10.2023

Qətl sifariş verən braziliyalı futbolçu həbs olundu

Braziliya polisi qətl sifarişi verməkdə şübhələndiyi futbolçunu saxlayıb.

Qaynarinfo-nun məlumatına görə, Braziliya polisi qətli sifarişində şübhəli bilinən futbolçunu saxlayıb. Kel Baiano adlı futbolçu haqqında həbs qərarı çıxarıldıqdan sonra qaçmağa cəhd edib. Ancaq O, Patos şəhərində yaxalanıb. Şəhərdəki təcridxanada saxlanılan 29 yaşlı Bayano Espirito Santo əyalətində törədilən qətli planlaşdırmaqda şübhəli bilinir.

Səlahiyyətlilər bu mərhələdə istintaqa mane olmamaq üçün təfərrüatlı məlumat verilməyib. Ancaq braziliyalı oyunçu evində üç gün ac və susuz qaldığı iddia edilən üç it tapıldıqdan sonra heyvanlara qarşı zülm ittihamı ilə də üzləşə bilər. Bayanonun evində tapılan itlərin baytarlıq klinikasında müalicə olunduğu bildirilsə də, oyunçunun məhkəməsi hələ başlamayıb. Polis, onun Rio Grande do Norte əyalətində bir komanda ilə razılaşması olduğunu açıqlayıb.

Tam adı Judicael dos Santos Ferreira Filho olan hücumçu əslən Feira de Santanadandır və karyerasına 2016-cı ildə "Fluminense de Feira"da başlayıb.

Cinayəti törətdiyi iddia edilən zaman o, 2021-ci ildə "Campeonato Capixaba"nın qalibi olan "Real Noroeste"də oynayırdı.

Səbuhi Həsənov