Dünya 18:08 28.12.2022

Qırğızıstan rəhbəri rəsmiləri rus dilində sənədləşməyə görə tənqid etdi

Qırğızıstan prezidenti Sadır Japarov respublika rəsmilərini sənəd dövriyyəsini rus dilində apardıqlarına görə tənqid edib. O, respublika hökumətinin iclasında narazılığını bildirib.

Qaynarinfo bu barədə MK-ya istinadla xəbər verir.

Qırğızıstan rəhbəri bildirib ki, dövlət qulluqçuları sənədləri rus dilində aparmamalıdır. Onun sözlərinə görə, sənəd dövriyyəsində qırğız dilinin payı ən azı 50 faiz olmalıdır.

Japarov həmçinin respublikada istənilən ölkə sakininin qırğız dilində səlis danışıb yaza bilməsi üçün şərait yaradılmasına çağırıb.
"Dilə belə biganə münasibət davam edərsə, dövlət dili inkişaf etməyəcək”, - o deyib.

Qeyd edək ki, Qırğızıstanda dövlət dili qırğız dilidir, rus dili isə ölkədə rəsmi dil statusuna malikdir.

Alpər