Dünya 11:46 16.09.2022

Qırğızıstan-Tacikistan sərhədində qanlı toqquşmalar gedir, əhali təxliyə edilir

Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin bütün perimetri boyu silahlı toqquşmalar gedir.

Qaynarifo xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb və əlavə edib ki, Tacikistan tərəfi Batken vilayətinin Leylek rayonunun Kulundu, Maksat və Janı-Jer ərazilərini atəşə tutur.

Bu istiqamətdə yerləşən Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin hərbçiləri cavab atəşi açır.

Respublikanın sərhədyanı kəndlərindən mərmilərə görə təxliyə başlayıb. "Atışmanın olduğu hər yerdə dinc sakinlər təxliyə olunur. İndi neçə nəfərin təxliyyə ediləcəyini söyləmək çətindir, sonra daha dəqiq məlumat verəcəyik. Uşaqlar, qadınlar, qocalar təxliyə edilir”, - deyə Batken vilayətinin mətbuat katibi Kunduz Jorobekova bildirib.

Qırğızıstan Tacikistanı razılaşmaları pozmaqda və "xain hücumda” ittiham edib. "Bütün bunlar... onu göstərir ki, Tacikistan hakimiyyəti vəziyyətə nəzarət etmək iqtidarında deyil, üstəlik, onlar həm insan tələfatına, həm də hər iki ölkənin mülki infrastrukturuna ziyan vuran silahlı toqquşmaların genişlənməsinə töhfə verirlər”, - Milli Təhlükəsizlik Komitəsindən vurğulanıb. Sərhəd xidməti Tacikistanı "atəşkəsi dayandırmağa və silahlı münaqişənin deeskalasiyası üçün bütün səyləri yönəltməyə” çağırıb.

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi münaqişəni Qırğızıstan sərhədçiləri tərəfindən törədildiyini iddia edir. "Saat 4:50-də (Moskva vaxtı ilə 2:50) Qırğızıstanın Batken sərhəd dəstəsinin Koktoş sərhəd zastavasının sərhədçiləri razılaşmanı pozaraq, Tacikistan Respublikasınən İsfara sərhəd dəstəsinin Düşənbə sərhəd zastavasını ağır silahlardan atəşə tutublar”, - nazirlikdən bildirilib. Onun sözlərinə görə, 10-a yaxın yaşayış məntəqəsi vurulub. Komitə bildirib ki, 6:30-da (Moskva vaxtı ilə 4:30) tərəflər atəşkəs elan etmək barədə razılığa gəliblər, lakin Qırğızıstan "bütün növ hərbi silah və texnikadan" atəş açmağa davam edir.
Bundan əvvəl Qırğızıstan məlumat vermişdi ki, Tacikistan tərəfi saat 06:00-da Qırğızıstanın sərhəd xidmətinin sərhəd dəstələrini və Qırğızıstan tərəfinin Eki-Taş, Çir-Dobo, Kum-Məzar və Orto-Boz ərazilərindəki mövqelərini piyada və qrup silahlarından atəşə tutmağa başlayıb. Daha sonra Batken sərhəd dəstəsinin Kök-Taş sərhəd zastavasının məsuliyyət zonasında minaatanlardan atəşə tutulmağa başlanıb.

Batken vilayəti administrasiyasının ilkin məlumatına görə, 4 qırğız hərbçi yaralanıb.
 
Alpər