Dünya 10:12 18.09.2022

Qırğızıstanla Tacikistan arasında gərginlik: 37 ölü, 129 yaralı

Qırğızıstan-Tacikistan sərhədində silahlı qarşıdurmalar zamanı 37 Qırğızıstan vətəndaşı həlak olub, 129 nəfər isə yaralanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Tərəflər arasında toqquşmalar Batken və Leylek bölgələrində qeydə alınıb.

Tacikistan tərəfinin Qırğızıstanı tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və digər silahlarla atəşə tutduğu bildirilir. 

Tacikistan Daxili İşlər Nazirliyi açıqlayıb ki, Qırğızıstan Silahlı Qüvvələri sentyabrın 16-da PUA-larla məscid də daxil olmaqla mülki infrastruktur obyektlərinə zərbələr endirib. Hücumlarda 10-dan çox mülki şəxs ölüb, 15-dən çox insan yaralanıb.