Xəbər lenti

Siyasət 16:33 07.07.2023

Qriqoryanın ABŞ-a tələsik səfəri nəylə bağlıdır - “Artsax Ordusu” ləğv edilir?

İrəvan Arutyunyanı inandırmağa çalışır ki, "Artsax Ordusu”nu ləğv etsin. 

İrəvan Qərbin təzyiqi altında Qarabağdakı erməni separatçı rejiminin "prezidenti” Araik Arutyunyanı qondarma "Artsax Müdafiə Ordusunu” ləğv etməyə inandırmağa çalışır.

Qaynarinfo xəbər verir ki, bunu separatçı rejimin "parlament sədri” Artur Tovmasyan bildirib.

O qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri məhz bununla bağlıdır.

Tovmasyanın sözlərinə görə, bu addımın müqabilində xalqın hiddətindən və hətta "ordu ləğv edilərsə” üsyandan ehtiyat edən separatçıların "rəhbərliyi” üçün təhlükəsizlik təminatları hazırlanır.

O qeyd edib ki, ABŞ-da bu ideyanın həyata keçirilməsi üçün konkret addımlar müzakirə olunur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->