Xəbər lenti

Siyasət 12:27 17.01.2024

Qütbləşən dünya, artan regional konfliktlər - Ümumbəşəri müharibə təhlükəsi artır

"Qərbin Çin, Rusiya, İran və Şimali Koreya ilə yeni müharibəyə cəlb ediləcəyinin real olduğunu iddia etmək üçün əsaslar artıb". 

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Böyük Britanya müdafiə naziri Qrant Şappsın "Qərb ölkələri yaxın 5 ildə Çin, Rusiya, İran və Şimali Koreya ilə yeni münaqişələrə hazırlaşmalıdır” xəbərdarlığını şərh edərkən deyib:
 
Siyasi şərhçinin fikrincə, vəziyyət o qədər təhlükəli xarakter alıb ki, birinin partlaması bəzən bütün dünyanı ağuşuna almağa kifayət edir:
 


"Hazırda yaşadığımız dünya sonsuz sayda artan regional konfliktlərin ümumbəşəri müharibəyə çevrilməsi təhlükəsinə doğru gedir. Burada düya siyasətçiləri, istər aparıcı, istərsə də cırtdan ölkələr olsun, düşünmədən bu istiqmaətdə, bir-birilərini qorxuda-qorxuda ardıcıl addımlar atırlar. Hər il yeni bir münaqişənin alovlanmasının şahidi oluruq ki, o da 3-5 günlük deyil, illərlə davam edir. 

Yaxın Şərqdə, Avropada, Qafqazda, Asiyada, Afrikada, hər yerdə yeni-yeni gərginlik ocaqları yaranmaqda davam edir. Son məlumatları analiz edəndə artıq həmin müharibənin real olduğunu iddia etmək üçün əsasların artdığını görürük. ABŞ-da gedən proseslər, Yaxın Şərqdəki İsrail-Fələstin qarşıdurması və onun arxasında dayanan qüvələrin nisbəti, Ermənistan-Azərbaycan münasibətlərinin sürətlə qloballaşmasını və onun arxasında qütbləşən dünya, Pakistanla İran arasındakı gərginliyin atışma səviyyəsinə keçməsi, iki Koreya dövlətinin barış komissiyalarını ləğv etməsi, Tayvanda baş verən proseslər, bunların hər biri o dərəcdə təhlükəli xarakter alıb ki, birinin partlaması bəzən bütün dünyanı ağuşuna almağa kifayət edir".
    
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps dünya ölkələrinin yeni müharibənin astanasında olduğuna dair narahatlığını bildirib: 

"Qərb ölkələri yaxın 5 ildə Çin, Rusiya, İran və Şimali Koreya ilə yeni münaqişələrə hazırlaşmalıdır”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->