İdman 11:59 11.01.2023

Qvardiola Beyllə qolf oynamaq istəyir: "O, fantastik qolfçu olacaq"

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayan Qaret Beyl haqda fikirlərini bölüşüb.

Qaynarinfo-nun məlumatına görə Qvardiola açıqlamasında Beylin xüsusi oyunçu olduğunu və çox yaxşı karyera yaşadığını bildirib. Mütəxəssis həmçinin uelsli oyunçunun qolf oynamaq arzusu olduğunu deyib: "O, çox yaxşı oyunçu idi və gözəl karyerası vardı. Çoxlu kuboklar qazandı. O, indi fantastik qolfçu olacaq".

Qvardiola bir neçə il öncə Beylə qolf oynamağı təklif etməsi və bu fikrin hələ də keçərli olması ilə bağlı suala "Bəli, o vaxt uyğun deyildi, amma düşünürəm ki, indi vaxt var. Onu yenidən dəvət edəcəm" - cavabını verib.

Səbuhi Həsənov