Ekonomiks 09:31 13.12.2023

Rabitə xidmətində nasazlıq yarandı - Qatar gecikdi

Saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azəbaycan Dəmir Yolları" QSC-nin məlumatında bildirilir.

Qeyd edilib ki, buna səbəb Pirşağı dəmiryolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Vurğulanıb ki, hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.