Xəbər lenti

İdman 11:04 18.12.2022

Rafael Ağayev ABŞ idmançısına qalib gəldi, çempionluq kəmərinə sahib çıxdı (VİDEO)

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->