Xəbər lenti

Sənət 12:10 15.07.2023

Rafiq Tağı haqqında ilk sənədli film yayımlandı (VİDEO)

Mərhum yazıçı-publisist Rafiq Tağıya həsr olunmuş ilk sənədli film yayımlanıb.

Qaynarinfo xəbər veirr ki, Sevinc Çılğının müəllifi olduğu "Ədib təbib Rafiq Tağı" adlı ekran işi ötən gün ARB-də efirə verilib.

Filmdə yazıçının ailə üzvləri, dostları və tanınmış yazıçılar çıxış edib, onunla bağlı xatirələrini danışıblar.

Qeyd edək ki, Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində terrora məruz qalıb. Həmin gün axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında ona sui-qəsdə edilib. Qatil yazıçının kürəyindən çoxsaylı bıçaq zərbələri endirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rafiq Tağı 23 noyabr 2011-ci il tarixdə vəfat edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?