Ölkə 19:35 01.03.2023

Ramin Məmmədov Qarabağ erməniləri ilə ilk görüş barədə: "Təmas baş tutdu"  (VİDEO)

Azərbaycan tərəfi artıq 44 günlük müharibədən dərhal sonra Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərlə görüşmək təşəbbüsləri ilə çıxış edib.

Bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədov bildirib.

O, "Caliber” "YouTube” kanalına açıqlamasında bugünkü görüşün müzakirə mövzuları barədə məlumat verib.

"Bu gün bəlli bir formatda ermənilərlə ilk görüş keçirilib. Görüş zamanı əsasən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni həyatına reinteqrasiyası, bu prosesi sürətləndirmək üçün Azərbaycan tərəfinin təmin edə biləcəyi imkanlar, eləcə də bölgədə sülhün təmin olunmasının qarşısında duran maneələr və çağırışlar müzakirə olunub”, - deyə millət vəkili məlumat verib.

O qeyd edib ki, təəssüratlara görə, ilkin təmas baş tutmuş sayıla bilər.

Daha ətraflı "Caliber”in videomaterialında: