Xəbər lenti

Ekonomiks 17:50 03.03.2024

Rayonlarda "su qiymətinə", Bakıda isə... - Tonlarla soğan anbarlarda məhv olur (VİDEO)

Bölgələrdə soğan istehsalçıları yetişdirdikləri məhsulu sata bilmirlər. Ağdam və Ağcabədidə tonlarla məhsul anbarlarda qalaraq günü- gündən məhv olur.

Ağdamda 30-35 kiloqramlıq məhsulun kisəsi 2-4 manata təklif  edilir.

Fermer Samir Quluzadə deyib ki, soğanın qiymətini endirsələr də, alıcı tapa bilmirlər.

Soğan alqı - satqısı ilə məşğul olan şəxslər isə bu cür soğanları alaraq çeşidləmə aparır. Kisələrdə olan sağlam soğan toplanaraq təkrar satışa çıxır. Cücərmiş soğan isə zibilə atılır.

"Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Babayev hesab edir ki, fermerlər soğanı qış üçün normal şəraitdə saxlaya bilmirlər. Bu da qiymətlərin ucuzlaşmasına səbəb olur.

Qeyd edək ki,  2023-cü ildə ölkədə 310 min 13 ton soğan yığılıb. Bu da 2022-ci illə müqayisədə 12,8 % çoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?