İdman 23:00 31.07.2022

Renat Dadaşov İsveçrədə qol vurdu (VİDEO)

İsveçrə Superliqasında 3-cü turun oyunları keçirilir.

Qaynarinfo info xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi  "Qrasshopper” səfərdə lider "Yanq Boys”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

46-cı dəqiqədə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu vuraraq "Qrasshopper”i məğlubiyyətdən xilas edib. 90+4-cü dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzlandırılıb.

Qeyd edək ki, 1 oyun az keçirən "Qrasshopper” 4 xalla 4-cü pillədə qərarlaşıb.